Loading...
Loading...

İbrahimoviç İtaliyaya qayıdir

İsveçli ulduz futbolçu Zlatan İbrahimoviç “Yuventus”a qayıda bilər. ANS PRESS-in məlumatına görə, futbolçunun meneceri Mino Raiolanın Turin klubu ilə danışıqlara başladığı iddia olunur.

İsveçlinin PSJ ilə müqaviləsi yayda başa çatır. Zlatananın artıq yayda PSJ-dən ayrılacağı dəqiqləşib. Son İtaliya çempionu “Yuventus”un Zlatana illik 7 milyon avro təklif etdiyi iddia olunur.

"Yuventus" klubu

İbrahimoviçin həmçinin gələn mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Joze Mourinyonun hədəfində olduğu açıqlanıb. Portuqaliyalı mütəxəssis rəhbərlikdən Zlatan İbrahimoviçin transferini istəyib.

“Yuventus” 2004-cü ildə “Ayaks”dan 16 milyon avroya aldığı İbrahimoviçi 2 il sona 24,8 milyon avroya “İnter”ə satmışdı. O, 2012-ci ildə 21 milyon avro qarşılığında PSJ-yə transfer edilib. İbrahimoviç “Yuventus”la 2 dəfə İtaliya çempionu olub.

İbrahimoviç İsveçdə “Malmö”, Hollanliyada “Ayaks”, İtaliyada “Yuventus”, “İnter”, “Milan”, İspaniyada “Barselona” və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.

 

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Kosovonun UEFA üzvlüyünə baxılır

Loading...
%d bloqqer bunu bəyənir: