Loading...
Loading...

“Qalatasaray”a Luçesku gələ bilər

Rumıniyalı məşqçi Mirça Luçesku yenidən “Qalatasaray” klubunu çalışdıra bilər. ANS PRESS-in məlumatına görə, bu barədə “Qalatasaray”ın Konqres üzvü Ali Fatinoğlu “Başka Futbol Yok” proqramında bildirib.

“Hazırda Renat Əhmədovun şirkəti pis durumdadır. Bir iş yerinin iqtisadi durumu yaxşı olmazsa, futbola da büdcə ayıra bilməz. Ukrayna daxilində müharibə qarışıqlığı davam edir. Üstəlik, məhdudlaşdırılmış büdcə olarsa, Luçeskunun ayrılma zamanı gəlmişdir deməkdir. Dəmir sektorunda hazırda bütün dünyada bazalar müsbət deyil, hasilat miqdarı aşağıya endirilib. Bu günədək edilən təkliflərə Əhmədov “dayan” deyirdi, Luçeskunu qalması üçün razı salırdı. Bu dəfə bu gücü yoxdur… Luçesku 99% ordan ayrılacaq və böyük ehtimalla, “Qalatasaray”a gələ bilər. Bu durumu “Beşiktaş” dəyərləndirə bilməz. Çünki uğur var, Şenol Günəşlə yolları ayırmazlar. “Fənərbaxça” Pereyra ilə davam edəcəkmi, bilmirəm. Amma Luçesku “Fənərbaxça”ya gəlməyə bilər”, – deyə Ali Fatinoğlu bildirib.

Ali Fatinoğlu

Ali Fatinoğlu

Rumıniyalı məşqçi Mirça Luçesku 2002-ci ildə “Qalatasaray”a, 1 il sonra isə”Beşiktaş”a Türkiyə çempionluğu qazandırıb. O, 2000-ci ildə “Qalatasaray”la UEFA Super Kubokunu da başı üzərinə qaldırıb.

Bu mövsüm uğursuz çıxış edən “Qalatasaray” artıq yeni mövsüm üçün baş məşqçi axtarışlarına başlayıb. Klub rəhbərliyi komandanı isveçrəli baş məşqçiyə tapşırmaq niyyətindədir. Bu məqsədlə “Qalatasaray” Lusien Favre ilə danışıqlara başlayır. İddialara görə, klub rəhbərliyi “Çaykur Rizəspor” matçından dərhal sonra isveçrəli mütəxəssislə danışıqlara start verəcək.

Farve məşqçi karyerasına İsveçrənin “Exallens” klubunda başlayıb (1997-2000). Növbəti 7 ildə vətənində “Servette” (2000-2002) və “Sürix” (2003-2007) klublarını çalışdıran mütəxəssis 2007-ci ildə Almaniyaya yollanıb. 2 il başçılıq etdiyi “Herta”nı 10-cu pillədən 4-cü yerə yüksələdən məşqçi avrokuboklara vəsiqə qazanıb.

Lusien Favre

Lusien Favre

Türkiyənin “Qalatasaray” klubunu UEFA mart ayında sərt cəzalandırılıb. UEFA“aslanlar”ı Avropa Kuboklarından bir il müddətinə kənarlaşdırıb. Buna klubun “Fair Play”inin tələblərini pozması səbəb olub. Qərar “Qalatasaray”ın avrokuboklara vəsiqə qazandığı ilk il üçün tədbiq ediləcək. “Sarı-qırmızılılar” gələn il avrokuboklarda iştirak hüququ qazansa belə o avrokuboklarda iştirka edə bilməyəcək.

2012-ci ildə daha bir Türkiyə klubu UEFA tərəfindən sərt cəzalandırılıb. İstanbulun “Beşiktaş” klubu tarixində ən ağır cəzası ilə üzləşib. UEFA İntizam Komitəsinin qərarı ilə İstanbul təmsilçisi bir il müddətinə Avropa kuboklarından kənarlaşdırılıb. Buna “Beşiktaş”ın UEFA tərəfindən tədbiq olunan maliyyə cəriməsini vaxtında ödəməməsi səbəb olub. Bu səbəbdən “Beşiktaş”ı Avropa Liqasında “Eskişehirspor” əvəz edib.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Lalə Təpə” Avropa Çempionatında – “Milan” və “Valensiya”ya qarşı

%d bloqqer bunu bəyənir: