Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müdafiə Nazirliyi: “Düşmənin ön xətdəki bütün atəş nöqtələri məhv ediləcək”

Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub.
APA TV-nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlərə müsahibəsində deyib.
V.Dərgahlı bildirib ki, atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür:
“Eyni zamanda, tapşırıq verilib ki, silahlı qüvvələrimiz heç bir vəchlə düşmənin yaşayış məntəqələrini, onların mülki əhalisini yox, ancaq düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə cavab zərbələri endirməlidir”.
Müdafiə Nazirliyinin rəsmisi bəyane dib ki, bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək.

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Atəşkəsin 128 dəfə pozulduğu deyilir

%d bloqqer bunu bəyənir: