Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Erməni nazir İsgəndər Həmidovu yamsıladı

“Ermənistanın atom silahı var”.

24saat.org virtualaz.org saytına istinadən xəbər verir ki, bu sözləri düşmən ölkənin keçmiş baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Erməni KİV-lərinin xəbərlərinə görə jurnalistlər Baqratyandan bir neçə gün əvvəl işlətdiyi fikirlərə aydınlıq gətirilməsini istəyiblər. Baqratyan demişdi ki, ancaq nevə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinitəminat altına almaq mümkündür.

Lakin Baqratyan deyib ki, bu barədə nəsə əlavə izahat vermək niyyətində deyil. “Bizim atom silahı əldə etmək imkanımız var”-o deyib. Ardınca Baqratyan bildirib: “Bizim atom silahımız var”.

Xatırladaq ki, bu günlərdə Ermənistan vətəndaşlarının uran qaçaqmalçılğı ilə məşğul olmasına dair iki fakt aşkarlanıb. Erməni general Arkadi Ter-Tadevosyan da bundan əvvəl Azərbaycanı “çirkli bomba” ilə hədələmişdi. Lakin istisna deyil ki, bütün bunlar Azərbaycan ordusunun endirdiyi zərbələrdən sonra erməni cəmiyyətində yaranmış xofu aradan qaldırmağa hesablanmış blefdir.

24saat.org olaraq xatırladırıq ki, 1992-cü ildə Qarabağda aktiv hərbi əməliyyatlar keçirilərkən sabiq Daxili İşlər naziri İsgəndər Həmidov Azərbaycanda atom bombası olduğu haqda bəyanat vermiş və bildirmişdi ki, lazım gələrsə, bu bombanı Ermənistana atarıq.

Hazırkı durumda Ermənistanın sabiq Baş nazirinin də eyni formada məntiqsiz açıqlaması bir daha sübut edir ki, biz ermənilərdən ən az 24 il qabaqdayıq…

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Acun Poladı “vurdu” – Kurtlar Vadisinə böyük şok

%d bloqqer bunu bəyənir: