24 saat

Astroloji proqnoz – 29 aprel


Qoç – səhhətiniz imkan verirsə, fəallığınızı artırmalsınız. Təcrübəli insanların məsləhətlərindən yararlanın.

 

Buğa – günün ilk yarısını oturaq şəraitdə keçirməyiniz məsləhətdir. Saat 14-dən sonra isə hər şey ürəyinizcə olacaq, özünüzə güvənin.

 

Əkizlər – ikitərəfli əməkdaşlığa imza ata bilərsiniz. Yeni layihələrin müzakirəyə çıxarılması üçün düşərli gündür.

 

Xərçəng – ilk öncə qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmağa çalışın. Uzaq yola çıxmayın.

 

Şir – başınız iş-gücə o qədər qarışıb ki, ailə-sevgi münasibətləriniz arxa plana keçməyə başlayıb. Bu səhvinizi düzəltməyə çalışın.

 

Qız – perspektivli pul sövdələşmələrini təxirə salmayın. Nahardan sonra istənilən işgüzar sövdələşmədə ehtiyatlı olmağa çalışın.

 

Tərəzi – istənilən risk və yeniliyə cəhd uğursuzluqla nəticələnə bilər. Günorta saatlarında müəyyən qədər gəlir gözlənilir.

 

Əqrəb – çoxdan bəri nəzərdə tutduğunuz ideyaları nəhayət həyata keçirməyi bacaracaqsınız. Amma bu istiqamətdə təkbaşına hansısa addımı atmayın.

 

Oxatan – səhhətinizdəki problemlər planlarınızın icrasına əngəl yarada bilər. Belə vəziyyətdə ailə üzvlərinə güvənin.

 

Oğlaq – bu gün dostlarla görüşə və ya qonaq gedə bilərsiniz. Saat 15-17 aralığında çox uğurlu hadisələr gözlənilir.

 

Dolça – bu gün aqressivləşə bilərsiniz. Daha humanist olmağa çalışın.
Balıq – uzaq yola çıxa bilərsiniz. Amma sağlıq durumunuzu da nəzərə alın. Təmiz hava sizə yaxşı təsir edə bilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: