Loading...
Loading...

Sarkisyan Qarabağla bağlı şərtlər qoydu

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərba olunması üçün şərtlər irəli sürüb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.

Şarmazanov sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

– İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

– Ünvanlı bəyanatlar;

– Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.

Eduard Şarmazanov - Ermənistan parlamentinin vitse spikeri

Eduard Şarmazanov – Ermənistan parlamentinin vitse spikeri

Serj Sarkisyan münagişəyə dair sülh danışıqlarının bərpa edilməsi üçün irəli sürən şərtlərini ANS PRESS-ə şərh edən sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli, Ermənistan prezidentinin bu açıqlaması siyasi oyunun bir hissəsidir. “İnanmıram ki, bu Sarkisyanın öz ağlının bəhrəsidir. Ona kənardan qəyyumları diktə edir. Onun dediklərinin hamısı hakimiyyətdə qalmaq üçün işlətdiyi fintlərdir.” Politoloqun sözlərinə görə, Sarkisyan indi artıq ona inanmayan və hakimiyyətdə görmək istəməyən erməni xalqı qarşısında onun mənafeyini qoruyan bir şəkildə görünmək istəyir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Qarabağın qaytarılması şərti – AÇIQLANDI

%d bloqqer bunu bəyənir: