Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lavrov: “Bölgənin siyasi xəritəsi dəyişə bilər”

Beynəxalq sabitliyə ən böyük təhlükə İŞİD terror qruplaşmasının əhatə dairəsinin genişlənməsidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Çinin paytaxtı Pekində təşkil edilən konfrans zamanı deyib.

“İraq, Liviya və Suriyada qarşısı alınmaz xaosun yayılması İŞİD kimi qorxunc təhlükəni ortaya çıxardı. İŞİD mövcud olduğu müddətdə heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz. Yaxın Şərqdə vəziyyət olduqca gərgindir. Bölgədə siyasi xəritələr dəyişə bilər. Demokratiya ixrac etmək istəyənlər İslam dünyasını bölməyə hədəfləyir”, – Lavrov bildirib.

Lavrov Rusiyanın bundan sonra da terrora qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan Tibb Universitetinin məzunu Çeçenistanın səhiyyə naziri oldu

%d bloqqer bunu bəyənir: