24 saat

Sabah Bakının 5 rayonunda qaz olmayacaq


Sabah Sabunçu rayonunun Savalan və Albalılıq yaşayış massivlərində, Bilgəh qəsəbəsində, Binəqədi rayonunun Çiçək yaşayış massivi ərazisində, Xəzər rayonunun Buzovna və Zirə qəsəbələrində, Qaradağ rayonunun Sahil qəsəbəsində, həmçinin Abşeron rayonunun Xırdalan, Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məhdudiyyət qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin təmiri, aşkar olunmuş qaz sızmalarının ləğv olunması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədardır və fasilələr səhər saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: