Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlham Əliyev Rusiyadakı konsulları geri çağırdı

Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq  şəhərlərində baş konsul vəzifələrini icra edən şəxslərin geri çağırılmasına dair sərəncamlar verib. Prezidentin rəsmi saytında yerləşdirilən sərəncamların mətnində deyilir:
“E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.”
S.M.Qasımovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.”

Elşad Qulamov 2013-cü ilin sentyabrında Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqa baş konsul təyin edilib.

Elşad Qulamov - Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu

Elşad Qulamov – Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu

Sultan Qasımov isə baş konsul vəzifəsini Yekaterinburqda son 7 il ərzində icra edib. O bu vəzifəyə 2009-cu ilin iyununda təyin olunub.

Sultan Qasımov - Azərbaycanın Yekaterinburqdakı sabiq baş konsulu

Sultan Qasımov – Azərbaycanın Yekaterinburqdakı sabiq baş konsulu

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Əfqanıstanda xidmət edən hərbçilərimiz Azərbaycana qayıdıb

%d bloqqer bunu bəyənir: