Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəhidin 40 mərasimi çıxmamış atası vəfat etdi

Bu gün Lələtəpə yüksəkliyinin ermənilərdən alınması uğrunda döyüşdə şəhid olan mayor Rasim Məmmədovun atası Əbdül Məmmədov dünyasını dəyişib. Şəhid zabitimiz Rasim Məmmədov ADP sədri Sərdar Cəlaloğlu və tanınmış vəkil Qurban Məmmədovun qardaşı oğludur.

ANS PRESS-ə açıqlamasında Qurban Məmmədov Birinci Qarabağ müharibəsinin veteranı olan qardaşı Əbdül Məmmədovun son dövrlər böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib.

“Vətən torpaqlarının müdafiəsində iki ayağını itirən Əbdül Məmmədov son dövrlər böyrək çatışmazlığından əziyyət çəkirdi. Dializ olunurdu. Bütün bunlar ürəyinədə təsir göstərmişdi. Oğlunun ölüm xəbəridə müəyyən təsirini etdi. Vətən sağ olsun”, – deyə Qurban Məmmədov bildirib.

Şəhid Rasim Məmmədov

Şəhid atası, qazi, könüllü müdafiə batalyonunun sabiq komandiri Əbdül Məmmədov 1990-cı illərdə Naxçıvan uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. Dəfələrlə şəxsi şücaəti ilə diqqət mərkəzində olub. Döyüşlər zamanı yaralanıb və birinci qrup əlil olub.

Aprelin 2-5-də cəbhədə gedən döyüşlər zamanı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov qəhrəmancasına həlak olub. Rasim Goranboyun Tapqaraqoyunlu kəndində vuruşub. Naxşıvan Muxtar Respublikasının Babək rayonunda dəfn olunan şəhid Rasim Əbdül oğlu Məmmədov qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, Rasim 4 uşaq atası olub: “O, 20 ilə yaxın idi ki, hərbi xidmətdə çalışırdı. Rütbəsi mayor idi. Atası Əbdül dayı da Birinci Qarabağ müharibəsinin veteranıdır”.

Rasim Məmmədov Babək rayonunun Cəhri kəndində dəfn olunub.Rasim Məmmədovun 40 mərasimi çıxmamış Əbdül Məmmədovun vəfatı xəbəri sarsıdıcı və çox ağır xəbərdir.

Allah rəhmət eləsin!

Əbdül Məmmədov

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Astroloji proqnoz – 28 aprel

%d bloqqer bunu bəyənir: