Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məşhur futbolçu türk hakimini bəyənmədi

“Real Madrid” klubunun yarımmüdafiəçisi Qaret Beyl türkiyəli hakim Cüneyit Çakırı tənqid edib. ANS PRESS-in məlumatına görə, futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşünə münasibət bildirib. O, “Mançester Siti” “Real Madrid” oyunun hakimlərini qınayıb.

“Bizim üçün Mançesterdə qol buraxmamaq daha vacib idi nəinki qol vurmaq. Əlbəttə istəyərdik ki, fərqlənək amma bizdə alınmadı. Əvvəl oyuna ehtiyatla başladıq. İkinci hissə daha da açıq oyun oldu. Bizim bəxtimiz gətirmədi. Bir neçə epizodda hakim səhv qərar verdi. Bizim ələyhimizə penalti olmalı idi. Məsələn, Kompani ilə epizodda qayda pozuntusu olmuşdu. Lakin hakim o qərarı vermək istəmədi. Ancaq biz ruhdan düşməmişik və cavab oyuna daha da yaxşı vəziyətdə olacağıq”. Beylin sözlərinə baxmayaraq, İngiltərə mətbuatı və UEFA hakim Cüneyit Çakırın işinə yüksək qiymət verib.

“Mançester Siti” – “Real Madrid” qarşılaşması

Ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib. “Mançester Siti” doğma azarkeşlər önündə Madrid “Real”ını qəbul edib. Türkiyəli Cüneyt Çakırın idarə etdiyi qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Mərhələnin digər oyunu bu gün “Atletiko (İspaniya) və “Bavariya” (Almaniya) arasında keçiriləcək.

Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-ci ildə Çempionlar Liqasının finalında “Barselona” “Yuventus” (2:1) matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olub. Cüneyit Çakır Polşa və Ukraynada keçirilən 2012 Avropa Çempionatında vəzifə alan 12 hakimdən biri olub. Türkiyəli hakim Braziliyada keçirilən 2014 FİFA Dünya Kubokunda köməkçi hakimləri Bahəddin Duran və Tarıq Ongün ilə birlikdə kubokun hakimləri siyahısına salınıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

«Qalatasaray» Avropa Kubokunun sahibi oldu

%d bloqqer bunu bəyənir: