24 saat

Avqustda şəhid olan gəncin medalı ailəsinə verildi


Siyəzəndə 2015-ci ilin avqust ayında Qarabağ uğrunda şəhid olmuş 20 yaşlı Ağadadaş Şahkərəmovun ailəsinə medal təqdim edilib. ANS PRESS-in məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Azərbaycan prezidenti adından və müdafiə naziri Zakir Həsənovun əmrilə “Hərbi xidmətdə fərqlənməyə görə 3 cü dərəcəli medalı” şəhid Ağadadaşın anası Zəminə Şahkərəməvanın sinəsinə taxıb.

Şəhidin valideynləri övladlarının müqəddəs Azərbaycan torpağı uğrunda əbədiyyətə qovuşmasından sözün həqiqi mənasından qürur duyduqlaçrını deyib.

Şəhidin atası Şahkərəm Şahkərəmov deyib ki, 2 oğlu birlikdə özü də döyüşə hazırdır.

Təqdimat mərasimində çıxış edən Siyəzənin İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynov rayonun Qarabağ döyüşlərində 70-dən artıq şəhid verdiyini, onların xatirəsinin həmişə əziz tutulduğunu bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: