Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Saakaşvilidən Poroşenkoya xəbərdarlıq

Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya ictimai asayişin təminatı üçün vilayətə Milli qvardiya və polisin əlavə bölmələrini göndərməsi üçün müraciət edib. ANS PRESS-in məlumatına görə, Saakaşvili bununla bağlı “Facebook” səhifəsində videomüraciət yayıb.

Saakaşvili şəhərdə son hadisələrlə bağlı narahatçılığını ifadə edib. Onun fikrinə görə, şəhər hakimiyyəti münaqişənin nizama salması üçün lazımı səylər göstərmir və yalnız provokasiya ilə məşguldur.

Saakaşvili bəyan edib ki, yerli Ukrayna Təhlükəsizlik Xidməti yalnız bir işlə – islahatçılar komandasını izləməklə məşğuldur.

Saakaşvili qeyd edib ki, Ukraynada dövlətin çökməsinin bütün əlamətləri görünür. Saakaşvili bu bəyanatı ilə Odessanın siyasi həyatındakı son hadisələri, o cümlədən şəhər hakimyyəti tərəfdarları ilə əleyhdarlarının meriya binası qarşısındakı qarşıdurmasını nümunə gətirib.

“Bir daha Ukrayna prezidentinə müraciət edərək bizdə qayda-qanun yaratmasına kömək göstərməsini istəyirəm”, – deyə Saakaşvili bildirib. Məsələylə bağlı Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi Odessaya Milli qvardiya və polisin əlavə bölmələrini göndərməyəcəyini bildirib. Ukrayna DİN-nin məsləhətçisi İvan Varçenko “112.ua” telekanalına müsahibəsində “Milli qvardiya və milli polis siyasi çəkişmələrlə məşğul ola bilməz, onlar siyasi proseslərin iştirakçısı olmaq hüquqlarına malik deyillər” deyə bildirib.

Ötən gecə Odessa meriyasının binası qarşısında maskalılardan ibarət naməlum qrup şəhər meri Genadi Truxanovun istefasını tələb edən aksiya iştirakçılarının çadır düşərgəsinə hücum ediblər. Odessa şəhər DİN idarəsi hadisənin səhər saat 4 radələrində Duma meydanında baş verdiyini bildirib.

“Təxminən 20 maskalı naməlum şəxs Duma meydanında quraşdırılmış çadırı dağıtmağa başlayıb”, – deyə xəbərdə bildirilir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Hələbdə qızğın döyüşlər gedir, çoxlu sayda ölənlərin olduğu bildirilir

%d bloqqer bunu bəyənir: