Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rusiya tonlarla türk malını geri qaytardı

Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi Türkiyədən gətirilən 14 ton kahını geri qaytarıb. ANS PRESS-in məlumatına görə, məhsulların geri qaytarılmasına səbəb kimi agentlik kahıların sağlamlıq şərtlərinə uymamasını göstərib.

Bu barədə məlumat verən “Rosselhoznadzor”un nümayəndəsi “Gelencik” limanına Türkiyədən gətirilən 14-tondan artıq kahı məhsulunda kənd təsərrüfatı zərərvericisi olan Kaliforniya çiçək tripsellərinə (Frankliniella occidentalis) rast gəlindiyini bildirib.

Rusiyaya girişi qadağan edilən kahılar istehsalçı firmaya geri qaytarılıb. Bir müddət əvvəl Rusiya eyni səbəblə 15.9 ton badımcanın ölkəyə girişinə mane olub. Daha sonra Türkiyədən badımcan alınmasına qadağa qoyulub.

Rusiyanın durmadan Türkiyədən gələn ərzaq və kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, tikinti sahəsində əməkdaşlığı davam etdirir. Belə ki, bu gün Rusiyanın Tikinti Nazirliyi bəyanat yayaraq bildirib ki, hələ ki türk tikinti firmalarına məhdudiyyətlərin genişləndirilməsi nəzərdə tutulmur. Lazım gələrsə, bu barədə nazirlik qərar verəcək.

Ötən ilin noyabrında Rusiyanln Su-24 yəyyarəsi Türkiyə-Suriya sərhəddində Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Bundan sonra Rusiya bir tərəfli qaydada Türkiyəyə qarşı çoxsaylı sanksiyalar tətbiq edir.

2016-cı il yanvarın 1-dən Rusiyaya Türkiyənin bir sıra kənd təsərrüfatı məhsulları və xammalı idxal etmək qadağan olunur. Siyahıya ət məhsulları (dondurulmuş toyuq, hind toyuğu, balıqlar), təzə və soyudulmuş tərəvəzlər (pomidor, soğan, gül kələm və brokkoli, xiyar və kornişonlar), təzə və qurudulmuş meyvələr (portağallar, mandarinlər, klementina, vilkinq və analoji hibrid sitrus, təzə alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm və giləmeyvələr, həmçinin duz (xörək və denaturatlaşdırılmış duz daxil olmaqla) və natriumun xloridi daxildir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İspaniya hökuməti ölən şəxsləri islam qaydaları ilə dəfn etməyi qadağan etdi

%d bloqqer bunu bəyənir: