Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Astroloji proqnoz – 26 aprel

Qoç – səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşəcəksiniz. Ovqatınızın korlanmasına imkan verməyin.

 

Buğa – maraqlı görüşlər gözlənilir. Sizi böhranlı vəziyyətdən çıxaracaq insanlarla qarşılaşacaqsınız.

 

Əkizlər – işgüzar və riskli sövdələşmələrdən yayının. Gün ərzində dostlarınızla bir yerdə olun.

 

Xərçən – bəxtiniz üzdə olacaq. Mövcud potensialınızdan maksimum bəhrələnin.

 

Şir – məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşəcəksiniz. Büdcənizdə artım mümkündür.

 

Qız – Şəxsi işlərinizdə böyük dönüş gözlənilir.Ünsiyyətcil olun.

 

Tərəzi – günün əsas hissəsi gərgin və stressli keçəcək. Nahardan sonra yalnız istirahətə vaxt ayırın.

 

Əqrəb – gələcəklə bağlı planlarınızı reallaşdırmaq üçün indidən fəaliyyətə keçin. Əzmkarlığınızı artırın.

 

Oxatan – insanların obyektiv rəyləri ilə razılaşmalısınız. Məsləhət almaqdan çəkinməyin.
Oğlaq – yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilələrə və məsləhətlərə o qədər də əhəmiyyət verməyin.

 

Dolça – layihələrinizi dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz səmərə verə bilər. Qonaq getmək üçün yaxşı gündür.

 

Balıqlar – ağlınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, hər şey ürəyinizcə olacaq. Səhhətinizə diqqət edin.

publika.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Sahib Məmmədov hakimiyyətə qarşı – Avropa Məhkəməsində

%d bloqqer bunu bəyənir: