Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lavrov və Kerri arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti xəbər verib.

Bidirilir ki, Lavrov və Kerri telefon danışığı zamanı Suriya problemlərini müzakirə edib.

Rusiya XİN zəngin Amerika tərəfinin təşəbbüsü ilə olduğunu qeyd edib. Tərəflər Suriya torpaqlarında həyata keçiriləcək hərbi əməliyyatlarla bağlı sıx əməkdaşlığın önəmini də qeyd ediblər.

“Xarici siyasət idarələrinin başçıları Suriyada barışıq rejiminin möhkəmləndirilməsi, ölkə əhalisinə humanitar yardımın edilməsi və müharibənin siyasi nizamlanmasının tezliklə işə salınması haqqında müzakirələr aparıblar. Həmçinin bölgədə Rusiya və ABŞ-ın qarşılıqlı təsir yolları müzakirə edilib.

Tərəflər BMT-nın vasitəçiliyi ilə Cenevrədə keçiriləcək hakimiyyətlə müxaliflər arasında danışıqlara tam dəstəyini təsdiq ediblər. Lavrov həmçinin İŞİD-in və “Ən-Nusra Cəbhəsi” terror qruplaşmalarının nəzarət edilən ərazilərdən tezliklə çıxardılması ehtiyacını nəzərə çatdırıb”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin xəbərində deyilir.

Qarabağ münaqişəsi.Arxiv

Lavrov və Kerri arasında bundan əvvəl də telefon danışığı olub. Tərəflər sonuncu dəfə aprelin 15-də danışıblar. Son danışıqda Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı Suriya münaqişəsi, Donbas və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Lakin siyasətçilərin Dağlıq Qarabağ münaqişəsi üzrə apardığı müzakirələrin detalları barədə açıqlama verilməyib.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Obama Suriyaya qoşun göndərir

%d bloqqer bunu bəyənir: