Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ səfiri Abşeron Milli Parkında Yer Gününü qeyd edir – FOTO

Aprelin 23-də ABŞ səfiri və onun həyat yoldaşı xanım Sekuta ABŞ hökumətinın sponsorluq etdiyi FLEX proqramının məzunları ilə birgə Yer Gününü qeyd edib və Abşeron yarımadasında yerləşən çimərlikdə təmizlik işlərini həyata keçirib.

Səfirlikdən 24saat.org-a verilən məlumata görə, təmizlik işləri yekunlaşandan sonra Səfir Sekuta Abşeron Dövlət Parkına səfər edərək “Parklarda Gəzinti” kampaniyasının startını bəyan etmişdir və kampaniya çərçivəsində gələn il ərzində Azərbaycanın bütün milli parklarına səfər etmək niyyətini bildirib.

Səfir Sekuta qeyd edib ki, Azərbaycanın milli parklarına səfər etməsi ABŞ-ın milli park sisteminin yüzillik ildönümünə təsadüf edir. O, qeyd edib ki, milli parkların yalnız təbiətin qorunması və ya insanların təbiətə səfər etməsində deyil, həmçinin gəlirin əldə olunmasındada çox vacib olduğunu, ABŞ-ın milli park sistemi hər il təxminən 30 million dollar gəlir gətirdiyini bildirib. Səfir həmçinin ətraf mühitin yalnız milli parklarda deyil, ümumilikdə təbiətin qorunmasının vacibliyini qeyd edib. O, həmçinin, deyib ki, parka etdiyi səfər və çimərlikdə aparılan təmizlik işləri hər bir kəsə ətraf mühitin qorunmasında oynadığı rolu xatırlatmalıdır.

Səfir Sekuta Ekologiya Nazirinə Azərbaycanın milli parklarına səfər etmək imkanına və parkların işçi heyyətinə sözügegən səfərlərin gerçəkləşməsində yardım etdiklərinə görə təşəkkür edib.

Məzunların Çimərlik Təmizləmə tədbiri FLEX proqramının məzunları tərətindən irəli sürülən və hər il baş tutan bir tədbirdir. Sözügedən məzunların əksəriyyəti ABŞ-da orta məktəb və ya universitet tələbələridir ki, onlar amerikan ailələrində yaşayaraq bir il ABŞ-ın orta məktəblərində təhsillərini davam ediblər. Bu ilki Yer Gününün qeyd olunmasında ABŞ-da təhsil almış 25 məzun və ABŞ Səfirliyinin 15 nümayəndəsi iştirak edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Hökumətin pensiyaçılara yeni “qayğı”sı

%d bloqqer bunu bəyənir: