Now Reading:
NATO-dan bəd xəbər: “Gürcüstan və Ukrayna”
Full Article 50 second read

NATO-dan bəd xəbər: “Gürcüstan və Ukrayna”



“Ən yaxın perspektivdə NATO-nun genişlənməsi qeyri-mümkündür”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Duqlas Lyut deyib.

“Praktik olaraq NATO-nun ən yaxın bir neçə ildə genişlənməsi imkanlarını görmürəm”, – amerikalı məmur Londonda keçirilən təhlükəsizlik üzrə forumda bildirib.

O, əlavə edib ki, bu, ittifaqa qoşulmaq niyyətində olan Gürcüstan və bir sıra Balkan ölkələrini məyus edə bilər: “Düşünürəm ki, Rusiya dünyada təhlükəsizliyin təminatında mühüm rol oynayır və bu sistem NATO-nun genişlənməsinin qarşısını alacaq”.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO “açıq qapı” siyasətinin tərəfdardır. Onun sözlərinə görə, əgər Kiyev üzvlük üçün sifarişi verməyə qərar verərsə, bu sorğuya baxılacaq.

2015-ci ilin fevralında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün gedişatında Stoltenberq əmin edib ki, ittifaqın genişlənmə üzrə son addımları müdafiə xarakterlidir. Moskva isə bildirir ki, NATO əlavə gərginlik yaradır və qarşıdurmanı təhrik edərək avroatlantik məkanda təhlükəsizlik sistemini dağıdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: