Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycana bizon gətirildi – İlk dəfə

Azərbaycana bizim ölkə faunasına olduqca yad olan nadir bir heyvan gətirilib. ANS PRESS-in məlumatına görə, bu Amerika bizonudur.

Boşbuynuzlulular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid olan bu nadir heyvanın hündürlüyü 2 metr, uzunluğu isə 3 metrə yaxındır.

Bu bizonlar Azərbaycanda yeganə olaraq Xızıda yerləşən istirahət  mərkəzindədir. Mərkəzin işçilərindən verilən məlumata görə, bu erkək və dişi bizonlar təxminən 3 aydır bu mərkəzə gətirilib. Yaxın günlərdə ana bizon balalayıb.

Azərbaycanın iqliminə öyrəşən 2 bizon və yenicə doğulmuş balası açıq havada xüsusi hasara alınmış ərazidə saxlanır. Tünd qırmızı rəngdə olan bizon balası daim anasını əmir. Bizon balaları adətən 10 ay müddətində ana altında bəslənilir. Amerika bizonu xüsusi konteyner vasitəsi ilə Rusiyanın Altay ölkəsindən gətirilib. Bu heyvanlara yaxınlaşmaq o qədər də asan deyil.

İstirahət Mərkəzinin nümayəndəsi İldırım Musayev deyir: “Amerikada sözün əsl mənasında bir balaca inəklərdən fərqli olaraq insana hücüm edə bilərlər, buynuz ata bilərlər, öküzə daha yaxındılar, nəyinki inəyə. Bu nöqteyi nəzərdən yaxın durmaq onlara bir az təhlükəlidir”.

Mərkəzdən bu nadir heyvanın Azərbaycana gətirilməsinin turizmin inkişafı baxımdan çox əhəmiyyətli olduğu bildirilib.

İstirahət Mərkəzinin nümayəndəsi İldırım Musayev

İstirahət Mərkəzinin nümayəndəsi İldırım Musayev

“Uşaqlar üçün çox maraqlıdır. Nəyinki uşaqlar böyük insanlar üçün də. Azərbaycanda olmayan bir heyvandır, xüsusi yolla gətirilib, ona görə də maraqlıdır”, – deyə istirahət Mərkəzinin nümayəndəsi İldırım Musayev qeyd edib.

Mərkəzdə gələcəkdə bizonların artım yolu ilə sayının çoxalması nəzərdə tutulur. Axı, çəkisi bir tondan artıq olan bizonun əti inək əti kimi yağlıdır. Azərbaycanda ilk olan bu bizonları görməyə dəyər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

General Tağı Əhmədovu şantaj edərək 3 milyonunu alıb

%d bloqqer bunu bəyənir: