Loading...
Loading...

Neftin qiyməti 46 dollara yaxınlaşır

Dünya birjalarında ötən gün neftin qiymətində müşahidə olunan nikbinlik bu gün də davam edir. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,64 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də canlanma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,26 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42  dollar təşkil edib.

Dünya bazarında 22.04.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 22.04.16 tarixində əlvan metalların qiyməti

Neftlə yanaşı əlvan metalların qiymətində bahalaşma müşahidə edilir. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,12 dollar olub. Platinin 1 qramı 32,92 dollar, palladiumun 1 qramı isə 19,54 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.

Dünyada hasil olunan neftin 2/3 hissəsi “Brent” markasına görə dəyərləndirilir. Etalon olaraq bir neft seçilir. Bu markadan daha keyfiyyətli olan neft daha baha qiymətə satılır. Şimal dənizindən çıxan neftin hasilatı çox baha başa gəlir. Azərbaycan neftinin maya dəyəri 14 dollar olduğu bildirilir. ABŞ-da 30-40, Rusiyada isə 17 dollar götürülür.

Dünyada ən çox neft çıxarılan ərazilər

Dünyada ən çox neft çıxarılan ərazilər

2010-2013-cü illər arasında Azərbaycan nefti tarixində ən baha qiymətə (100 dollardan baha) satılıb. 1997-ci ildə Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağından dünya bazarına ilk dəfə neft çıxarılıb. Azərbaycan gündə təxminən 800 min barel neft hasil edir. Müstəqillik dövründə Azərbaycanda 2 milyard bareldən çox neft hasil edilib.

Hasilat xərclərinin az, keyfiyyətinin isə çox yüksək olması Azərbaycan neftini “qara qızıl” bazarının lideri kimi saxlayır. Ona görə də Azərbaycan tarix boyu dünya dövlətlərinin diqqət mərkəzində olub. Tərkibindəki maddələr səbəbindən neftin boru xətti ilə ötürülməsində problemlərin yaranmaması Azərbaycan neftini daha da cəlbedici edir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

FED bu il uçot dərəcəsini iki dəfə artıracaq

%d bloqqer bunu bəyənir: