Loading...
Loading...

Ermənistan İran və Avrasiya ittifaqı arasında körpü ola bilər

“Ermənistan İran və Avrasiya ittifaqı arasında körpü ola bilər”. ANS PRESS-in məlumatına görə, bu sözləri “INVEST Armenia – 2016” forumunun açılışında Ermənistanın iqtisadiyyat naziri Arsvik Minasyan deyib.

Onun sözlərinə görə, Tehranın üzərindən sanksiyalar götürüldükdən sonra İran və Ermənistan arasında birgə əməkdaşlıq daha da genişlənib.

“Ermənistan İrana öz ərazisində ortaq müəssisələr inşa edilməsini təklif edə bilər. Həmin müəssisələrdə İran məhsulları istehsal ediləcək. Bu isə məhsulların  Rusiya və Avrasiya İttifaqı ölkələrinə ixracı asanlaşdırar. Ermənistanın ixraçatçıları İranda işləməkdə maraqlıdır. Nəzərə alaraq lazımdır ki, İran daxili bazarın qorunmasına önəm verir. Biz artıq İran tərəfinə bəzi təkliflər vermişik”, – deyə nazir bildirib.

Arsvik Minasyan - Ermənistanın iqtisadiyyat naziri

Arsvik Minasyan – Ermənistanın iqtisadiyyat naziri

Ermənistan İran üzərindən sanksiyalar götürüldükdən sonra regionda həyata keçirilən layihələrdə iştirak etməyə can atır. Bir müddət əvvəl İran-Ermənistan dəmir yolunun və İran – Ermənistan – Gürcüstan qaz kəmərinin çəkilməsi gündəmə gəlmişdi. Amma Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində hər iki layihə təxirə salındı.

Çünki Azərbaycan və Gürcüstan arasında qaz böhranı öz həllini tapdı. Bu səbəbdən İranın Gürcüstana Ermənistan ərazisindən qaz ötürməsinə ehtiyac qalmadı. Digər bir tərəfdən isə prezident İlham Əliyev fevralın 23-də Tehranda səfərdə olarkən Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi ilə bağlı sənəd imzaladı.

Aprelin 20-də isə Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Tikinti işləri davam etdirilir.

Astara çayı üzərində dəmir yolu körpüsünün təməl qoyma mərasimi

Astara çayı üzərində dəmir yolu körpüsünün təməl qoyma mərasimi

Bu layihənin həyata keçirilməsi isə İran və Ermənistan arasında dəmir yolunun tikintisini arxa plana atır. Həmçinin dəyəri 3,2 milyard dollardan çox olan layihəyə sərmayə qoymaq üçün Ermənistanın yetəri qədər maliyyə vəsaiti yoxdur.

Ona görə də İran Ermənistanla deyil, xərcləri qarşılıqlı razılıq əsasında bərabər bölüşdürdüyü Azərbaycanla əməkdaşlığı üstün tutur. Bütün bunlar Ermənistanın regional layihələrdə iştirakının qarşısını alır.

İndi isə Ermənistan Avrasiya İttifaqı ilə İran arasında körpü rolunu oynamaq istəyir. Maraqlıdır ki, İttifaqla sərhəddi olmayan bir dövlət necə körpü rolunu oynaya bilər?

Ermənistanın İranla sərhədi var. Amma Avrasiya İttifaqına daxil olan dövlətlərin heç biri ilə birbaşa sərhəddi yoxdur. Ermənistanın İrandan başqa Gürcüstan, Azərbaycan, Türkiyəilə həmsərhəddir. Amma Azərbaycan, Türkiyə iqtisadi və siyasi əlaqələri yoxdur. Bundan başqa, Gürcüstanın Rusiya ilə münasibətlərinin  soyuq olması Ermənistanın İttifaqdakı təsirini daha da azaldır.

Arasiya İttifaqına daxil olan dövlətlər

Arasiya İttifaqına daxil olan dövlətlər

Ona görə də heç İrəvanın özünün İttifaqda olub – olmamasının əhəmiyyəti qalmır. Çünki iqtisadi təşkilatlarda ölkələr arasında birbaşa sərhədlərin olması vacibdir. Bu səbəbdən Ermənistanın İranla Avrasiya İttifaqı çərçivəsində əməkdaşlığının heç bir əsası qalmır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Kerri sazişi nəvəsi ilə imzaladı – Video

%d bloqqer bunu bəyənir: