Loading...
Loading...

Adının mənasını həyatının şüarı seçən şəhid kəşfiyyatçımız – Video

Azərbaycan –Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan hərbçilərimizdən biri kəşfiyyatçı Samid İmanovdur. Modern.az saytı xəbər verir ki, ANS televiziyası Neftçala rayonu Həsənabad qəsəbə sakini şəhid Samid İmanovun ailəsinin qonağı olub.

Şəhidin atası Gülağa İmanov oğlu ilə fəxr etdiyini, onun mərdliyi ilə qürur duyudğunu bildirib: “Oğlumun adını Samid qoymuşdum. Elə düşmənin qarşısında da Samid kimi, mərd dayandı.”

Adının mənasını həyatının şüarı seçən şəhid kəşfiyyatçımız, başını dik tutdu, zirvəyə ucaldı. Ən yüksək zirvəyə, şəhidlik zirvəsinə. Bu yolda o, qarşısına çıxan bütün maneələri aşaraq yalnız valideynlərinin deyil, həm də vətəninin, doğma torpağının etimadını doğrultdu.

Hələ məktəbdə oxuyarkən vətənpərvərliyi ilə həmyaşıdlarından seçilən Samid hər zaman deyərdi ki, insan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir. Gedəndə də gərək şərəflə gedəsən. Şəhid olmağı, vətəninə canını fəda etməyi sanki həyat amalına çevirmişdi.

2003-cü ildə Azərbaycan ali hərbi məktəbini bitirdikdən sonra, Türkiyə, Pakistan, İsveçrə və Rumıniya kimi ölkələrdə bir sıra kurslara və təlimlərə qatılır. 2004-cü ildən etibarən xüsusi təyinatlı qüvvələrdə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edir.

Şəhidin bacısının yoldaşı, İlqar Sadıqov Samidin sakit, təmkinli insan olduğunu, ona verilən suallara yalnız bəli, xeyrlə cavab verdiyini söylədi

“Heç vaxt sirr verməzdi. Mən çalışırdım bu son əməliyyatlarla bağlı nə isə soruşum, bir hüquq-mühafizə orqanının əməkdaşı kimi mənə də heç nə deməzdi. Elə yayındırardı. Bircə deyirdi ki, hər şey yaxşı olacaq, torpaqları alacağıq. Gələcək nəslə qoymayacağıq”-deyə şəhidin son sözlərini İlqar Sadıqov bizimlə bölüşdü.

Mayor Samid İmanov xidmət müddəti ərzində müdafiə naziri tərəfindən 6 medalla təltif edilib. Şəhidimizdən 2 yaşlı qızı və 2 aylıq oğlu yadigar qalıb.

Modern.az

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Lavrov bu gün Sarkisyana münaqişənin həlli variantlarını təklif edəcək

%d bloqqer bunu bəyənir: