Loading...
Loading...

Azərbaycan İranla birgədərman istehsal edəcək

İran İslam Respublikası və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyalarının rəhbərlərinin iştirakı ilə avtomobilqayırma və dərman istehsalı sahəsində iki əməkdaşlıq memorandumu imzalanıb.

İranın Dərman Paylama Zavodları Şirkətinin icraçı direktoru Əmcədi qeyd edib ki, bu anlaşmaya əsasən İranın İctimai Təminat Təşkilatı Azərbaycanın dövlət və özəl iki şirkətinın iştirakı ilə təxminən 34 milyon dollar dəyərində 2 il ərzində Əczaçılıq Zavodu inşa olunaraq istifadəyə veriləcək.

Əmcədi İranın bu əczaçılıq zavodunda 49% paya malik olduğunu bildirərək deyib: “Bu zavodda Azərbaycan Respublikasının ehtiyac duyuduğu 92 ədəd dərman istehsal olunacaq”.

Avtomobilqayırma zavodu da Azərbaycanın Neftçala rayonunda Azərbaycan tərəfinin 100%-lik investisiyası və İran şirkətinin əməkdaşlığı ilə 6 ay ərzində inşa olunacaq.

İrankhodro Şirkəti rəhbərinin ixracat və beynəlxalq məsələlər üzrə müavini Səid Təfəzzüli deyib: İrankhodro texniki bilik, istehsal və yedək hissələrin nəqli ilə əlaqədar əməkdaşlıq edir və İrankhodro şirkətinin brend məhsullarından ildə 10 min avtomobil bu zavodda istehsal olunacaq.

İran və Azərbaycan Müştərək İqtisadi Komissiyasının iranlı sədri Mahmud Vaizi bu anlaşmaların imzalanması mərasimində bildirib ki, “Bu iki sənəd bunun üçün nümunə olmalıdır ki, digərləri İran və Azərbaycanın iki tərəfin özəl sektorun fəaliyyət göstərdiyi məkanlar olduğunu bilsinlər. Dünya və region ölkələri bilsinlər ki, əgər neftin qiyməti ucuzlaşıb-bahalaşarsa, iki ölkənin iş adamları və sənayeçiləri ölkələrinin iqtisadiyyatının idarə olunmasında rola malik ola bilərlər.

Mən iki tərəfin bütün texniki və mühəndislik şirkətlərini iki ölkədə fəaliyyətə çağırıram. Biz iki ölkə özəl sektoru arxayın edirik ki, əməkdaşlıqlar prosesində hər bir problem baş verdikdə onları dəstəkləyəcəyik.

İran və Azərbaycan Müştərək İqtisadi Komissiyasının azərbaycanlı sədri Şahin Mustafayev isə deyib ki: “Bu iki anlaşma iki tərəfin əməkdaşlıq və münasibətlərin genişlənməsinə nümunədir və ümumilikdə əlaqələrimiz strateji əlaqədir və həmişə hərtərəfli əməkdaşlıqların genişlənməsi üçün çalışacağıq”.

İRİB

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dollar ucuzlaşdı – Bu günün məzənnəsi

Loading...
%d bloqqer bunu bəyənir: