Loading...
Loading...

“Barselona”dan rəsmi açıqlama: Neymarın getməsinə icazə verildi

“Barselona”nın brazilyalı ulduzu Neymar qərarını dəyişib. ANS PRESS-in məlumatına görə, futbolçu vətənində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək.

Neymar Braziliya millisinin heyətində Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirsə də, daha sonra fikrini dəyişib.

Neymar olimpiadada millilərinə kömək edəcək. Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. “Barselona”rəhbərliyi bu turnirdə iştirak etmək üçün ona rəsmən icazə verib.

Aprelin 8-də Kataloniya klubunun və Braziliya Futbol Konfederasiyasının rəhbərləri arasında görüş olub və Neymarın olimpiadada iştirakı razılaşdırılıb. Neymar olimpiadada iştirak etsə də, 2016-cı ildə keçiriləcək Amrika Kubokunda oynaya bilməyəcək.

Neymar Brazilya millisinin heyətində

Bu ilin martında Braziliya yığmasının baş məşqçisi Dunqa Neymarın hər iki turnirə buraxılması haqda katalonlara müraciət yollamışdı. Ancaq “Barselona” rəsmiləri futbolçunun yalnız bu turnirlərdən birində iştirakına izn vermişdi.

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1984-cü ildən etibarən Olimpiya oyunlarında çıxış edəcək hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçunun oynamasına icazə verilir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Cüdoçumuz erməni ilə üz-üzə

%d bloqqer bunu bəyənir: