Loading...
Loading...

Ermənilər özlərinin basdırdığı minaya düşdü, ölən və yaralananlar var – Rəsmi

“Qoşunların təmas xəttində əldə olunan atəşkəs rejiminin guya Azərbaycan tərəfindən Talış kəndi istiqamətində pozulması və nəticədə Marat Danielyan adlı bir erməni hərbçisinin güllə yarası alaraq ölməsi barədə Ermənistanın kütləvi informasiya vasitələrində yayılan xəbər tamamilə yalandır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus Zil-131 markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb: Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var.

Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə, bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basır etməyə çalışır”.

Musavat.com

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Bakıda yaşayış binasında yanğın -17 NƏFƏR TƏXLİYƏ OLUNDU

%d bloqqer bunu bəyənir: