Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

56 yaşlı kişinin əxlaqsızlıq etdiyi 11 yaşlı qız: ”Mənə hədiyyələr alacağını dedi, sonra isə..”

Azyaşlıya qarşı təcavüz etməkdə təqsirli bilinən Bərdə rayon sakini, 1959-cu il təvəllüdlü Rövşən Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Rövşən Əzizov 14 sentyabr 2015-ci ildə, saat 17 radəlrində Bərdə şəhəri, Təbriz küçəsində yaşadığı evin həyətində qonşusunun 2004-cü il təvəllüdlü qızı Samirə Mehdiyevaya (ad və soyadı şərti verilib) qarşı təcavüz edib.

Azyaşlı qıza təcavüz

Rövşən həmin vaxt Samirənin həyətlərində oynadığını görüb. O, azyaşlı qızı evinə çağırıb. Orada Rövşən azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Rövşən Əzizov Cinayət Məcəlləsinin 153.2-ci (təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham edilib. Bərdə rayon Məhkəməsinin hökmü ilə Rövşən Əzizov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rövşən Əzizovun vəkili Cahangir Nəsibov apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Müdafiəçinin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rəşid Məhərrəmlinin sədrlik etdiyi prosesdə araşdırılıb.

“Samirəyə fındıq verdim”

Rövşən Əzizov elan оlunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Mehdi Mehdiyev (ad və soyad şərti verilib) onun qonşusudur və onunla normal münasibəti olub: “Sentyabrın 14-də, saat 13 radələrində həyat yoldaşım ilə birlikdə evimin həyətində fındıq yığırdım. Bu zaman Mehdinin azyaşlı qızı Samirənin həyətlərində hovuzun yanında durduğunu gördüm. Samirəni çağıraraq ona fındıq verdim”.

“Qəfildən yumruqla məni vurdu”

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra həyat yoldaşı ilə birlikdə nahar etmək üçün evə gedib: “Saat 15 radələrində evdən çıxaraq tanışım Əhlimangilə getdim. Səhəri gün, saat 12 radələrində Əhlimanın uşağının 1-ci sinfə getməsi münasibətilə təşkil olunmuş yığıncağa yollandım. Orada yeyib-içdim. Günorta saatlarında Mehdinin qardaşı mənə zəng edərək evə çağırdı. Əhlimanla birlikdə Türkmən kəndindən yaşadığım evə gəldim. Küçəmizə çatarkən Mehdinin qardaşları ilə orada söhbət etdiklərini gördüm. Mehdinin qardaşını səsləyərək məni nə üçün çağırdığını soruşdum. Bu zaman Mehdi qəfildən yumruqla məni vurdu”.

“Mehdinin üstünə bıçaq çıxardım”

Rövşən Əzizov qeyd edib ki, bundan sonra Mehdi və qardaşları onu vurmağa başlayıblar: “Mən də Mehdinin üstünə bıçaq çıxardım. Bu zaman Əhliman bizi aralaşdırdı. Mən də Əhlimanla birlikdə oradan getdim. Yolda olarkən polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar”.

Rövşən Əzizov bildirib ki, polis şöbəsində qonşusunun azyaşlı qızana qarşı təcavüz etmədiyini deyib. O, qeyd edib ki, son günlər Mehdi ilə ədavəti olub və bu səbəbdən Mehdi ona böhtan atır. O, ifadəsinin sonunda məhkəmədən ona köməklik göstərilməsini istəyib.

“Mənə hədiyyə alacağını dedi”

İş üzrə zərərçəkmiş Samirə Mehdiyeva bildirib ki, sentyabrın 14-də, saat 17 radələrində həyətlərində su doldurarkən qonşusu Rövşən onu çağırıb. Azyaşlı qız iki evin arasındakı dəmir tordan olan hasarın yanına gəlib. Dediyinə görə, orada Rövşən ona qarşı seksual xarakterli hərəkətlər edib. O, qeyd edib ki, əvvəl Rövşənin istəyi ilə razılaşmayıb: “Rövşən mənə hədiyyələr alacağını bildirdi. Bundan sonra mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Bu zaman qonşuluqda yaşayan Mahir adlı oğlan ora gəldi və Rövşənin hərəkətlərini gördü. Bundan sonra Mahirin yanına qaçdım. Rövşən də evlərinə getdi. Bu zaman ağlayaraq Mahirdən atama bir söz deməməsini xahiş etdim”.

Samirə Mehdiyeva bildirib ki, ertəsi gün səhər saatlarında məktəbə gedib: “Məktəbdən qayıdandan sonra Rövşənin hərəkətləri barədə anama danışdım”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

DİN “Cəlilabadda çörək oğurlayan uşaq qandallanıb” fotosu haqda

%d bloqqer bunu bəyənir: