55 yaşlı kişinin özünü asdığı deyilir

Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Əlihüseyn Rzaquluzadənin yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bu gün Bakının Nəsimi rayonunda da 30 yaşlı gəncin intihar etməsi ilə bağlı xəbər yayılmışdı.

Azərbaycanda son vaxtlar intihar hallarının artdığı bildirilir.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Güclü yağış Mingəçevirdə fəsadlar törədib

%d bloqqer bunu bəyənir: