Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“55 siyasi partiya dövlət qeydiyyatına alınıb”

“Sivil dünyada hakimiyyət seçki yolu ilə formalaşdırılmalıdır. Buna görə də siyasi partiyaların rolu çox önəmlidir”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda keçirilən seminarda söyləyib.

Qurum rəhbəri bildirib ki, siyasi partiyaların fəaliyyəti ciddi əhəmiyyət kəsb edir:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi partiyalar yarandı. Bu, da təbiidir. Hazırda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Təbii ki, səviyyə baxımından hamısı eyni deyil. Burada qəbahət yoxdur. Partiyalarla qarşılıqlı təmasda olan dövlət qurumlardan MSK ön sıradadır”.

Məzahir Pənahovun sözlərinə görə, siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır:

“Bəzi məsələlərdə xalqın marağından çıxış etmək lazımdır, xalqın prinsipləri əsasında fəaliyyət göstərmək lazımdır. Hakimiyyət uğrunda mübarizədə bu, önəmli məsələdir. Bu, ona görədir ki, xarici qüvvələr ölkə daxilindəki proseslərə təsir göstərə bilməsinlər”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Siyasətçi və ilahiyyatçı QMİ-yə od PÜSKÜRDÜ: “Allahşükür Paşazadə…”

%d bloqqer bunu bəyənir: