Advertisements
24 saat

55 min rus əsgəri sərhəddə – Ordu hazırlıq vəziyyətinə gətirildi


Rusiya prezidenti Vladimir Putin 55 min əsgərin Ukrayna sərhədinə göndərilməsi əmrini verib.

Publika.az xəbər verir ki, Rusiya Ukraynanın Krım yaxınlığında raket təlimlərinə başlamasına cavab olaraq, sərhəddə böyük hərbi təlim keçirəcək.

Məlumata görə, Ukrayna sərhədinə göndərilən əsgərlərin əksəriyyəti Krıma yerləşdirilir. Kreml eyni zamanda, krımın Qərb sahillərinə hərbi gəmilər göndərib. Rusiya hərbi mənbələri Qara dəniz donanmasına “müharibəyə hər an hazır olun” əmrinin verildiyini deyir.

Qeyd edək ki, Ukrayna bu gün Krım yarımadasının yaxınlığında raket təlimlərinə start verib. Raket atışları Krımın hava məkanının ən azı 30 kilometrliyində keçirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: