Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

539 nəfərin ölkədən çıxışına qadağa qoyuldu – Siyahı

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 28 sentyabr tarixinə vergi borcu olduğuna görə 539 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.

Bundan başqa, siyahıda 28 sentyabr tarixinə vergi borcu olduğuna görə 359 şəxsin ölkədən çıxması qadağan edilib.

Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş hüquqi və fiziki şəxslərin adlarına buradan baxa bilərsiz:

http://www.taxes.gov.az/modul.php?name=pages&page=172

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Pul yığan müəllimlər işdən azad olunacaq -Nazirlikdən xəbərdarlıq

%d bloqqer bunu bəyənir: