Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

53 yaşlı ata aylardır qızını zorlayıb, qız isə həmin anı videoya çəkib – Hövsanda rəzalət

Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində tükürpədici hadisə baş verib.Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub.

Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də o, riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.

Yataq otağında quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb. Sonra lenti Suraxanı rayon 30-cu Polis Bölməsinə təqdim edib. Lentin surətini anasına və bacısına göstərib.

İfşa olunan kişi evdən gedib və geri qayıtmayıb. Polis Bölməsi toplanmış materialları dərhal Suraxanı rayon prokurorluğuna təqdim edib. Ata və övladı arasında olan cinsi əlaqənin görüntüləri acıq-sacıq və etik normalardan kənar olduğundan təqdim edə bilmirik.

Prokurorluqdan APA TV -yə bildirdilər ki, hadisədə təqsirli bilinən 53 yaşlı şəxs dindirilib və sərbəst buraxılıb. Bildirildiyinə görə, 53 yaşlı ata bu ilin fevral ayından qızı ilə cınsi əlaqədə olmağa başlayıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Sabirabada qardaş bacısını öldürdü

%d bloqqer bunu bəyənir: