5 polis zabiti öldürənin kimliyi bilindi

Texas ştatının Dallas şəhərində atəş açaraq 5 polis zabitini qətlə yetirməkdə şübhəli bilinənlərdən birinin kimliyi müəyyən olunub. ANS PRESS-in “NBC News” telekanalına istinadən verdiyi məlumata görə, şübhəli şəxsin Mika Ksavyer Conson olduğu ehtimal edilir. Consonun 25 yaşı olub.

“Los Angeles Times” qəzetinin məlumatına görə, o Dallasda yaşayıb, keçmişdə heç bir cinayətdə şübhəli bilinməyib və terrorçu qruplaşmaları ilə əlaqəsi olmayıb. “Reuters”in hökümətdə olan mənbələrə istinadən verdiyi xəbərə görə isə, Conson ABŞ-ın ordu ehtiyyatına daxil olub.

Dallasda toqquşmalar iki afroamerikalının öldürülməsindən sonra başlayıb. Əvvəlcə iyulun 4-də Luiziana ştatının Baton-Ruj şəhərində iki polis bir afroamerikalını yerə uzadıb, daha sonra polislərdən biri ona atəş açıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb. Dallasda aksiyalar faciə ilə nəticələnib.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

İrandan Türkiyəyə JEST

%d bloqqer bunu bəyənir: