Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101482

450 min türkmən təhlükədə – ABŞ-ın çirkli Mosul planı

Türkiyə mətbuatında ABŞ-ın Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq üçün çirkin plan hazırladığı haqqında yazılar yayımlanır. Bildirilir ki, həmin plana əsasən 450 min əhalisi olan Türkmən şəhəri terror bəhanəsi ilə bombardıman ediləcək.

Moderator.az Türkiyə mətbuatında yer almış həmin yazılardan birini diqqətinizə çatdırır.

Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq istəyən ABŞ həm PKK, həm də şiə qrupların əliylə təhlükəli bir oyuna hazırlaşır. Amerikalı zabitlərin terror təşkilatıyla bölüşdüyü plana görə, İŞİD Mosul xalqı ilə birlikdə Tel Afərə deportasiya ediləcək və 450 min əhalisi olan Türkmən şəhəri terror bəhanəsi ilə vurulacaq.
Suriyanın şimalına İŞİD bəhanəsi ilə PKK-nı yerləşdirən ABŞ eyni oyunu İraqın Mosul şəhərində də oynamağa hazırlaşır. Əhalisinin əksəriyyəti sünni ərəb, türkmən və kürdlərdən ibarət olan Mosulu İŞİD-dən xilas etməyə hazırlaşan ABŞ Türkiyəni əməliyyatdan kənarda tutmaq üçün şəhərə şiə milislərlə PKK-lı terrorçuları salacaq. Bunun üçün hazırlanan plan isə regionda qopacaq böyük bir fırtınaya dəvətnamə hazırlayır.
Amerikalı zabitlərin PKK və şiə qruplarına təqdim etdiyi əməliyyat planlarının detalları əldə edilib. Məlumata görə, Mosulda İŞİD ilə vuruşmaq üçün Türkiyənin Başikada təlim verdiyi Haşdi Vətəni qüvvələri deyil, regionda məzhəbçi qətliamları yaddaşlara həkk olunan Haşdi Şabi milislərindən istifadə ediləcək. İraq ordusu adı altında toplanacaq 25 min şiə milislə yanaşı 3 min 500-ə yaxın PKK-lı da hərəkata daxil ediləcək.
Sayları 4 min – 5 min 500 arasında dəyişdiyi ehtimal edilən İŞİD-li terrorçular 3 həftə davam etməsi planlaşdırılan əməliyyatla Mosuldan Tel Afərə qovulacaq. Terrorçuların daha qərbdəki Türkmən şəhərinə qovulmasından sonra sünni əhalili Mosul tamamilə şiə milislərin və PKK-lıların hakimiyyətinə girəcək. İŞİD-dən təmizlənilən qədim şəhərin mərkəzində Haşdi Şabi milislərinin nəzarət nöqtələri yaradılacaq. Daha əvvəl Felluca və Tikrittdə baş verən sünni qırğınlarının bir oxşarı Mosulda da görülməyə başlayacaq. Öldürülmə qorxusu yaşayan mosullular dəstə-dətsə 65 kilometr qərbdəki Telaferə köç edəcək.
1 milyondan çox mosullunun deportasiya edilərək yollara düşməsinin ardından İŞİD-lilərin qaçdığı Tel Afər ABŞ və koalisiya təyyarələrinin hədəfi olacaq. 450 min əhalisi olan Türkmən şəhəri terrorçuları gizləməsi səbəbiylə yerlə yeksan ediləcək. Baş verə biləcək böyük xaosa görə xəbərdarlıq edən İraq Türkmən Cəbhəsi rəhbəri Erşed Salehi ABŞ planının tətbiqi zamanı ən az 1,5 milyon iraqlının evini, yurdunu tərk etmək məcburiyyətində qalacağını söyləyib. Mosul və Tel Afərin böyük bir talan və məcburi köçlərə səhnə olacağını qeyd edən Salehi Türkiyənin kənarda buraxıldığı ssenariyə qarşı “İraqda da təhlükəsiz zona yaradılmalıdır” deyə çağırış edib.
ABŞ və tərəfdaşlarının hazırladığı xaos planından sonra Tel Afer-Habur xəttində yaranacaq terror dəhlizinin böyük bir fəlakətə səbəb olacağını deyən Salehi bölgəyə Azez-Cerablus bənzəri təhlükəsiz bölgə inşaasının mütləq olduğunu qeyd edib. Fərat Qalxanı əməliyyatının İraqı da əhatə edərək genişlənməsinin lazım olduğunu dilə gətirən Salehi “Mosul və Tel Afərdə ABŞ və mövcud müttəfiqlərinin xaos planının həyata keçirilməsi zamanı Tel Afer-Sincar-Habur xəttində 85 kilometrlik PKK dəhlizi yaranacaq. Sonra bu dəhliz Haseke-Tel Abyad-Ayn əl-Ərəb xəttinə qoşulacaq” deyib.
Mosulun 65 kilometr qərbindəki Türkmən şəhəri Tel Afərin PKK-ya qurban edilməsinə yol verilməməsini qeyd edən bölgə xalqı mövcud vəziyyətdə 1500 döyüşçüsünün olduğunu, Türkiyənin müdaxiləsi və əməli dəstəyi ilə birlikdə ÖSO-ya bənzər bir dəstə yarada biləcəklərini qeyd ediblər. Fərat Qalxanına bənzəyən bir hərəkatın Mosul-Tek Afər cəbhəsinə keçiriləcəyi təqdirdə könüllülərdən ibarət mütəşəkkil döyüşçü sayının 7 minə çatacağını bildiriblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Üçüncü Dünya Müharibəsi artıq gedir…”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: