Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
immm

42 min ton pambıq yığılıb

Fermerlər hər hektar üçün 90 manat və təhvil verilən hər ton üçün 100 manat subsidiya alır

Dövlət Statistika Komitəsinin oktyabrın 24-nə olan məlumatına görə, Azərbaycanda 41,8 min ton pambıq yığılıb.

Bu, 2015-ci ilin eyni dövründəkindən 1,6 dəfə çoxdur.

“Turan” yazır ki, Saatlı pambıqçıları siyahıda liderdir. Onlar pambıqtəmizləmə zavodlarına 6354 ton “ağ qızıl”, təhvil verib.

Bu il 52 min ha sahədə pambıq əkilib. Bu, 2015-ci ildəkindən 2,8 dəfə çoxdur. Hökumət 1 ha-dan 20 sentner pambıq toplamağı gözləyir. Amma pambıq yığımı gecikir, hava şəraiti onun tez yığılmasına imkan vermir.

Bu il Azərbaycanda pambığın alış qiyməti 1 tonu 400-500 manatdır. Bundan başqa, fermerlər hər hektar üçün 90 manat və təhvil verilən hər ton üçün 100 manat subsidiya alır. Müstəqil ekspertlər qeyd edir ki, pambıq neft gəlirlərini əvəz edəcək və kənddə məşğulluğu təmin edəcək ən uyğunlu mal deyil.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Sabahın hava PROQNOZU

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: