Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
yemen

40 yaşlı kişi 8 yaşlı qızla evləndi – “Gəlin” toy gecəsi öldü – VİDEO

Yəməndə 8 yaşlı “gəlin” toy gecəsinin ertəsi vəfat edib. Onu 40 yaşlı kişiyə ərə vermişdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2013-cü ildə Yəmənin şimal-qərbindəki əl Hərd adlı bölgədə yaşanmış olaya görə həbs olunmuş 40 yaşlı kişi həbsxanadan azadlığa buraxılıb.

Onun “xanım”ı, 8 yaşlı qız daxili qanaxmalardan həlak olmuşdu.

UNİCEF bildirir ki, dünya miqyasındja azyaşlı qızların zorla ərə verilməsi faktları azalmaq bilmir. 2011-2020-ci illər arasındakı dövrlə bağlı statistikada belə faktların 140 milyon təşkil edəcəyi bildirilir.

Yəməndə qızların 25 faizi 15 yaşa çatmamış ərə verilir.

Səudiyyə Ərəbistanı ilə sərhəd bölgədə yerləşən Əl Hard sakini olan 40 yaşlı kişinin azadlığa buraxılması böyük qəhəb doğurub.

Onun həbsxanadan buraxılması ilə bağlı qərarın dəyişdiriləcəyi və məhkəmənin yeni qərar verəcəyi gözlənilir.

2010-cu ilin sentyabrında Yəməndə 12 yaşlı gəlin hamilə qalmışdı və doğuş zamanı ölmüşdü

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ABŞ-ın qərbində səsvermə başladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: