Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101512

40 günlük körpə satışa çıxarıldı – Foto

Moderator.az xəbər verir ki, məşhur ticarət saytı olan Ebayda 40 günlük bir qız uşağı 5 min avroya satışa çıxarılıb.

Ebayda yer alan reklamda bir aylıq qız uşağının adının Mariya olduğu və Almaniyanın Duisburg şəhərində yaşadığı məlumatları da qeyd edilib. Körpənin şəkillərini də səhifəyə yükləyərək “40 günlük körpə Mariya satılır” deyə yazıblar.

Ebay saytında yer almış bu ağlasığmaz reklam yarım saat içində sosial mediada və internet forumlarında tənqidlə qarşılanıb. Reklamı görən bir çox adam polisə məlumat verib.

Ebay rəsmisi Pyer Du Bois məsələ ilə bağlı bir çox şikayət aldıqlarını və kiçik uşağın satış elanının yer aldığı reklamı saytdan çıxardığını bildirib.

Du Bois 40 günlük körpənin satışa çıxarıldığı elanın pis bir zarafat etmək məqsədilə, yoxsa gerçək bir təşəbbüs olduğunu bilmədiklərini, polisin məsələ haqqında istintaqa başladığını da əlavə edib.
64299a16-b680-45b4-83da-8c0cce025b7c-13102016114050

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İraq Türkiyəyə etiraz notası verib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: