Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

4 min alim işdən qovuldu: MİT dekanları sorğuya ÇƏKƏCƏK

Türkiyə Ali Təhsil Şurası (Yüksek Öyretim Kurulu) ölkənin dövlət universitetlərində çalışan 4 000 alimi vəzifəsindən uzaqlaşdırmaq haqqında qərar verib.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Alimlər fətullahçıların təşkilatlarına üzv olmaqda şübhəli bilinirlər.

 

Ali Təhsil Şurası Boğaziçi, İstanbul Texniki, Orta Doğu və Yıldız Texniki universitetləri də daxil olmaqla 20 dövlət universitetinə rektor təyinatı zamanı namizədləri ətraflı şəkildə araşdıracaq.

 

Xatırladaq ki, Türkiyə Ali Təhsil Şurası ölkədə 15 iyul hərbi çevrilişə cəhddən sonra rektorların ölkədən çıxışına qadağa qoyub və xaricdə çalışanlar da geri çağırılıb.

 

Dövlət və vəqf universitetlərində çalışan 1 577 dekandan istefa verməsini tələb edib. Bütün dekanlar Milli İstihbarat Təşkilatının (MİT) yardımı ilə sorğu-sual ediləcək.

 

Fətullahçılarla  əlaqəsi müəyyənləşən dekanlar vəzifəyə təyin edilməyəcək və barələrində istintaq başlanacaq.

Bu günədək dövlət müəssisələrində çalışan və Fətullah Gülənin“Hizmət”təşkilatına üzv olmaqda şübhəli bilinən 60 mindən çox məmur vəzifəsindən kənarlaşdırılıb.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Kontaktsız elektron termometr bazara çıxarılıb – VİDEO

%d bloqqer bunu bəyənir: