Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dollar14

30 min dollar maaşla işçi axtarılır

Çinin hava yolu şirkətləri pilot işə qəbul etmək üçün kisənin ağzını açıblar. Meyarlara uyğun gələn təyyarəçilərin ayda 30 min dollar pul qazanmaları mümkündür.

“Marja” xarici mətbuata istinadən xəbər verir ki, mülki aviasiya sektorunun günü-gündən genişləndiyi Çində buna paralel olaraq pilot ehtiyacı da sürətlə artır. Çinin hava yolu şirkətləri göstəricilərinə uyğun pilot tapmaq üçün yaxşı maaş təklif edirlər. Xarici pilotların gəlirləri vergidən də azad ediləcək.

Çində mülki aviasiya sektor sürətlə böyüyür. Sərnişin nəqliyyatının gələcək iyirmi il ərzində ildə orta hesabla 6,5 faiz artması gözlənilir. Hava yolu şirkətləri bu müddət ərzində 1 trilyon dollardan artıq kapitalla təxminən 7 mindən artıq təyyarə satın alacaqlar. Təyyarə sayının artması daha çox pilot deməkdir. Çindəki məktəblərin yetərli sayda pilot hazırlaması qeyr-mümkün görünür. Buna görə şirkətlər də ehtiyacı ödəmək üçün sanki pilot ovuna çıxıblar.

Çinli hava yolu şirkətlərinin pilot tapmasına vasitəçilik edən “Wasinc İnternational” adlı şirkətin İcraçı direktoru Dave Rosss, “Tələbatı ödəmək üçün dünyada kifayət sayda pilot yoxdur. Buna görə pilotlara təklif edilən maaşlar da hər ötən gün artır” – açıqlamasını verib.

Xarici bir pilot Çində işləməyi seçərsə ayda 30 min dollara qədər gəlir əldə edə biləcək. Sektordakı orta maaşdan yüksək olan bu maaşdan vergi də tutulmayacaq. Çinli hava yolu şirkətlərinin xarici pilotları cəlb etmək üçün illik 360,000 dollar ödəməyi gözə almış olmaları iştahı qabartsa da, intensiv hava çirklənməsi və uzun bürokratik prosedurlar xarici pilotları bu barədə yenidən düşünməyə məcbur edə bilər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“600 il davam edən rus-türk savaşlarını Qərb başladıb”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: