Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

3 yaşlı Arzunun ölüm səbəbi bəlli oldu: “Uşağa verilən narkoz 100 mq olduğu halda…”

Sənan Qurbanlı: «Eibbi ekspertiza prokurorluğun bəzi suallarına cavab verə bilməyib».

Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzinin cərrahı İlham Ağayev tərəfindən boğaz və burun əməliyyatı olunduqdan sonra, iyunun 30-da dünyasını dəyişən 3 yaşlı Arzu Qurbanlı atası Sənən Qurbanlı tibbi ekspertizadan şikayətçidir.
24saat.org  xəbər verir ki, bu barədə bizimyol-a S.Qurbanlının özü məlumat verib. O, bildirir ki, ekspertizanın rəyi açıqlanıb. Ekspertizanın nəticəsinə görə uşağın ölümünə səbəb qusma olub.

3 yaşlı Arzunun ölüm səbəbi bəlli oldu: "Uşağa verilən narkoz 100 mq olduğu halda..."

“Sumqayıt şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsilə cinayət işi açılıb və işi müstəntiq Əflatun Hüseynov aparır. İşlə tanış olarkən məlum oldu ki, uşağa verilən narkoz (Kalipsol) 100 mq olduğu halda, ağardıcı ilə dəyişdirilib və 50 mq yazılıb. Bu uyğunsuzluğun sonradan aşkar olunduğunu təstiq ediblər və ekspertiza sədri Ədalət müəllim uşağın ölümü haqqında verilən rəyin geri qaytarılaraq yenidən araşdırılmasını əmr edib. Əlavə olaraq araşdırılmaya birbaşa Ədalət müəllim, özünün nəzarət edəcəyini bildirib. Şəkildə narkozun qramının dəyişdirildiyi açıq-aşkar görünür”,-deyə S.Qurbanlı bildirib.

3 yaşlı Arzunun ölüm səbəbi bəlli oldu: "Uşağa verilən narkoz 100 mq olduğu halda..."

Onun sözlərinə görə, tibbi ekspertiza prokurorluğun bəzi suallarına cavab verə bilməyib: “Bunu da onunla əsaslandırıblar ki, uşağın meyidindən ekspertiza üçün qan analizi götürülməyib. Hesab edirəm ki, qəsdlə qan analizi götürülməyib. Qan analizi olmasa uşağa vurulan narkozun tərkibini müəyyənləşdirmək mümkün olmur.

3 yaşlı Arzunun ölüm səbəbi bəlli oldu: "Uşağa verilən narkoz 100 mq olduğu halda..."

İş ləng gedir. Amma müstəntiqdən narazılığım yoxdu. Mən Səhiyyə Tazirliyindən və ekspertizadan şikayətçiyəm”.

Arzu Qurbanlı əməliyyat edən “Real” Tibb Mərkəzinin cərrahı İlham Ağayev bildirib ki, bütün suallara araşdırmanın nəticəsində cavab veriləcək: “Mən də cavabı gözləyirəm”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Qızını öldürən ana: Ona təcavüz etmişdilər

%d bloqqer bunu bəyənir: