Now Reading:
“3-ün kruqu”na yaxın binalar sökülür…
Full Article 50 second read

“3-ün kruqu”na yaxın binalar sökülür…



Vətəndaşlara veriləcək kompensasiya məbləği də məlumdur.

Bakının Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində, “Cavadxan” küçəsində yaxın aylarda irimiqyaslı söküntü prosesinə start veriləcək. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, ərazidə yenidənqurma işlərinin aparılması Fransaya məxsus tikinti şirkəti tərəfindən həyata keçiriləcək:
“İlkin etabda üçüncü mikrorayon dairəsinin yaxınlığındakı beşmərtəbəli binaların sökülməsi planlaşdırılır. Fransanın tikinti şirkətləridən biri tərəfindən həyata keçiriləcək söküntü ilə əlaqədar olaraq mənzili sökülən hər bir vətəndaşa hər kvadrat metrə görə 2500 manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulur. Kompensasiya ilə razılaşmayan şəxslərə isə sökülən ərazinin yaxınlığında inşa ediləcək göydələndən 20 kvadrat metr də əlavə olunmaq şərti ilə yeni mənzillər təklif ediləcək”.
Mənbənin sözlərinə görə, söküntünün ardınca həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində mikrorayon dairəsinə aparan magistral yolların bir qədər də genişləndirilməsi, yol və digər infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: