3 ölkənin Fələstinlə bağlı planı: Dahlan ssenarisi


İsrail “Fəth” təşkilatının rəhbəri Məhəmməd Dahlanı Qəzza zolağına rəhbər gətirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu iddianı İsrailin “Yedioz Ahranoz” qəzeti irəli sürüb.

Məlumata görə, “Fəth” sədrinin vəzifəyə gətirilməsi onun siyasi kariyerasında mühüm irəliləyiş olacaq.

Qəzet bu prosesin Dahlanın Fələstin rəhbəri olması ilə nəticələnəcəyini bildirib.

İddiaya görə, Məhəmməd Dahlan sadəcə İsrail deyil, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir tərəfindən də dəstəklənir.

Qeyd edək ki, “Fəth” lideri Fələstində anti-Həmas mövqeyi ilə də tanınır.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Sarkisyanın müavinini Belçikada döydülər

%d bloqqer bunu bəyənir: