Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

3 manata görə 3 yaşlı uşağı dustaq etdilər – BAKIDAKI UŞAQ BAĞÇASINDA NƏ BAŞ VERİB?

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 210 saylı bağçada pula görə uşağın tədbirdən kənarlaşdırılaraq, tək otaqda saxlanması ilə bağlı yayılan xəbər cəmiyyətdə geniş rezonans doğurub.

3 yaşlı uşağın valideyni Vəfa Səfərova adlı xanım sosial şəbəkədə yazıb ki, müdirənin bayram tədbiri üçün tələb etdiyi 3 manatı vermədiyi üçün uşaq otaqda tək saxlanılıb. O, övladının bu hadisədən təsirləndiyini və psixoloji zədə aldığını qeyd edib.

210 saylı körpələr evi-uşaq bağçasının rəhbəri Həmidə Əliyeva açıqlamasında valideynin dediklərinin yalan olduğunu bildirib.

“Bu gün bu hadisə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi müdiri Eldar Yunusovun qəbulunda oldum. Həmin valideyn də orda idi. Valideynin qeyd etdiyi tədbirdən şəkilləri apardım ki, uşaqlar arasında ayrı-seçkilik edilməyib və onun övladı 1 iyun 2016-cı ildə keçirilən tədbirdə iştirak edib. Şəkilləri orada hamıya göstərdim. Özü də baxıb deyir ki, “a, mənim uşağım da burdadır. Şəklin üzərində tarix qeyd edilib”. (azvision)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“MTN çetesi”nin Ağdaşda seçki planı: Əsədullayev-Çovdarov birliyinin gizli kadrı kimdr?

%d bloqqer bunu bəyənir: