Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

3 ay ərzində Azərbaycandan Gürcüstana 700 min nəfər səfər edib

2016-cı ilin yanvar-mart aylarında Gürcüstan sərhədini 3 milyondan çox xarici vətəndaş keçib. Gürcüstan DİN Statistika Departamentindən verilən məlumata görə, üç ay ərzində ölkə sərhədini 1,3 milyon nəfər Gürcüstan vətəndaşı keçib və digər 2 milyon 29 min isə xarici vətəndaşlar olub.

Məlumatda bildirilib ki, qeyd edilən müddət ərzində 707800 nəfər Azərbaycan vətəndaşı Gürcüstan sərhədini keçib.

Gürcüstan DİN-nin məlumatına görə, 3 ay ərzində 549,3 min Türkiyə, 466,1 min Ermənistan, 295, 9 min Rusiya, 57,3 min Ukrayna, 31,8 min İran və 12,7 min Qazaxıstan vətəndaşları Gürcüstan sərhədini keçiblər.

Məlumatda qeyd olunub ki, əsasən Azərbaycan tərəfdən Gürcüstana minik, Türkiyə tərəfdən isə yük maşınları və avtobuslar keçib.

Eyni dövrdə, Gürcüstana 485,1 min minik, 82,500 avtobus və 120,000 yük maşınları sərhədi keçib.

Bu müddət ərzində Gürcüstan sərhədini 131 sərnişin və 966 yük qatarı keçib.

Bu ilin üç ayı ərzində Gürcüstanın dəniz sərhədini 1.3 min dəfə 41 ölkənin bayrağı altında üzən gəmilər keçib. Bu rəqəmdə Türkiyə (668 dəfə) çoxluq təşkil edib. Rusiya (88 dəfə), Malta (87 dəfə) və Panama (71 dəfə) Gürcüstanın dəniz yolu ilə dövlət sərhədini keçib.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

İlham Əliyev və xanımı cəbhə bölgəsinə gedib

%d bloqqer bunu bəyənir: