`3-5 nəfər internet saytında bir araya gəlibsə…` – Əli Həsənov

“Təşviqat prosesinin onlayn mediada aparılması hələ Azərbaycan qanunvericiliyində tənzimlənməyib”.

7News.Az-ın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə müzakirələr zamanı MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, sosial şəbəkədə fəal olan Azərbaycan vətəndaşları da bu məsələlərdə vətəndaş mövqeyindən çıxış etməlidirlər.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir: “Əgər onlar seçki prosesində jurnalist kimi çıxış edir, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olurlarsa, jurnalist məsuliyyəti də daşıyırlar. Blogger öz səhifəsində nə isə yazırsa, bu başqa məsələdir. Lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu, artıq mediadır. Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır”.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

«Nardaran işi» ilə bağlı məhkəmədə gərginlik

%d bloqqer bunu bəyənir: