Advertisements
24 saat

28 Mall-da bomba həyəcanı – İnsanlar təxliyə edildi


28-mallBakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən “28 Mall” Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: