Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

24 yaşlı qız bu fotoya görə telekanaldan qovuldu

Meksikada “Azteca Puebla” adlı telekanalda çalışan müxbir Lidia Kumminqs işindən qovulub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Meksikada sel zamanı islanmamaq üçün sadə vətəndaşların köməyindən istifadə etməklə hər kəsin qınağ obyektinə çevrilib. Fotonu görən çox adam Kumminqsin bahalı geyimləri və ayaqqabıları islanmasın deyə “şahzadə” kimi davrandığını deyib.

24 yaşlı müxbir özünü belə müdafiə edib:

“Həmin an bir cütlük ayaqqabılarımın islanmaması üçün məni daşımağı özləri təklif etdi. Qəbul etməmək də kobud çıxardı. Nə olursa olsun, işimi sevirəm. Daha əvvəl də seldən reportaj hazırladım və islandım, amma vecimə almadım. Baş verənlər unudulunca gələn iş təkliflərinə baxacağam”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Səmra yenə geyimi ilə gündəmə gəldi – FOTOLAR

%d bloqqer bunu bəyənir: