Loading...
Loading...

239 vəzifəli şəxs məsuliyyətə cəlb olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 875 müəssisədə müvafiq müayinələr aparılıb.

 

Modern.az saytı xəbər verir ki, nəticədə su hövzələrinin və torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç mobil və stasionar mənbədən birində atılan tullantıların yol verilən normanı aşdığı müəyyən edilib.

 

Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 239 nəfər vəzifəli şəxslərə və vətəndaşlara 294 min manat məbləğində cərimə tətbiq olunub.

 

Bundan başqa, qaldırılmış 217 iddiaya əsasən 58 min manat həcmində cərimə təqdim edilib.

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türk mətbuatı son dəqiqə xəbəri ilə bildirdi – PKK-NİN YÜKSƏK SƏLAHİYYƏTLİSİ VURULDU

Loading...
%d bloqqer bunu bəyənir: