Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
xvahidehmedov-jpg-pagespeed-ic_-b4khu3hfws

2017-ci il Azərbaycan üçün asan olmayacaq – Deputat

Manatın sürətlə ucuzlaşması və bir çox bankların dollar satışının dayandırması artıq ajiotaja səbəb olub.

Bu gün dollar satışını həyata keçirən banklarda isə məzənnə 1.75-i keçdi. Ekspertlər isə hesab edir ki, dollar daha da bahalaşacaq.

Ölkə iqtisadiyyatının son durumu ilə bağlı millət vəkili Vahid Əhmədov ilə müsahibəni təqdim edirik:

– Artıq dollar 1.69 civarındadır. Və ekspertlər hesab edir ki, dollar 2 manata bərabər olacaq. Bu proqnoz nə qədər doğru hesab edilə bilər?

Manatla bağlı proqnozu 8 ay öncə vermişdim. Dolların 2 manata bərabər olacağını isə qabaqcadan deyə bilmərəm. Bu tədiyyə balansından, idxal-ixrac əməliyyatlarından asılıdır. Amma üzən məzənnə siyasəti o zamana qədər davam edəcək ki, manat öz həqiqi dəyərini alsın.

– Bu gün artıq 10-a yaxın bank dollar satışını dayandırıb və qara bazar yenə də aktivləşib. Əldə etdiyimiz ən son məlumata görə, qara bazarda dollar 1.95 civarındadır. Bankların dollar satışının dayandırması dolların qara bazarda kursunun böyüməsinə səbəb deyilmi?

Mən bilmirəm ki, banklar dollar satışını niyə dondurub. Çünki satışa dollar çıxarılır. Neft Fondu və Mərkəzi Bank müəyyən məbləğdə vəsait ayırır. Dolların satışının dondurulması düzgün əməliyyat deyil. Amma ötən gün yaxın bir dost bankdan 45 min dollar vəsait götürdü, dəyişdi  və heç bir problem olmadı.

– Mərkəzi Bank manatın dayanıqlığına 11.2 milyard pul xərcləyib. İndi isə öz ehtiyatlarını qoruyur. Mərkəzi Bankın kurs siyasəti nə dərəcədə doğrudur?

Mərkəzi Bank vaxtında öz ehtiyatlarını qorumalı idi. İndi artıq gecdir. Manatı qorumağa heç ehtiyac yoxdur. Çünki manatın kursu üzən məzənnə üzrə müəyyən olunur və bazara dəyərini almalıdır. Ona görə də, vaxtında 11.2 milyard vəsaiti real sektora versəydilər, indi Azərbaycanda heç bir problem olmazdı.

– Növbəti ilə Azərbaycan iqtisadiyyatını nə gözləyir?

Dünya iqtisadiyyatını nə gözləyirsə, Azərbaycan iqtisadiyyatını da o gözləyir. Dünya iqtisadiyyatında müəyyən problemlər yaşanır. Valyutalar devalvasiyaya uğrayır. Ərzaq qıtlığı yaşanır. O ki, qaldı Azərbaycana, 2017-ci il heç də asan il olmayacaq. Müəyyən çətinliklər bizi gözləyir. Əgər Azərbaycan qeyri-neft sektorunun inkişafını sürətlə inkişaf etdirə bilsə, ixracda müəyyən prosesləri qabaqlaya bilsə, ixracı artıra bilsə, neftdən asılılığını azalda bilsə ciddi problem olmamalıdır.

– Post-neft dövründə qeyri-neft sektorunun inkişafı çətin olmayacaq?

Qeyri-neft sektorunun inkişafı adi məsələ deyil. Müəyyən qədər vəsait tələb olunur. Bunu çoxdan başlamaq lazım idi. 2004-cü ildə prezident bununla bağlı müvafiq göstərişlər vermişdi. Amma bu müddətdə ciddi işlər görülmədi. Yalnız indi sənaye obyektləri yaradılır ki, müəyyən qədər inkişaf etsin. Yəni vaxt lazımdır.(Qaynarinfo.az)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

ABŞ-dan dollarla bağlı qara xəbər gəldi – Trampın müşaviri açıqladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: