Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“2000 manat təhsil haqqını necə ödəyək?”

Azərbaycanda təhsil haqqlarının əhalinin gəlirləri ilə müqayisədə yüksək olması səbəbindən hər il yüzlərlə tələbə qəbul olunduğu ixtisaslar üzrə oxumqdan imtina edir. Təhsil ödənişləri isə buna rəğmən hər il artırılır. Bu il də 8 faiz civarında artım müşahidə olunub.

“Bizim Yol”-a müraciət edən Qubadlı rayonundan məcburi köçkün, ikinci qrup Qarabağ müharibəsi əlili Müşfiq Bayramov da qızı Ayşən Bayramovanın təhsil ala bilməyəcəyini deyir.

Müharibə əlili övladı təhsil ödənişinə güzəşt olmasını istəyir: “Məcbir köçkün ailəsiyik. Binəqədi rayon 314 nömrəli tam orta məktəbin məzunuyam. Azərbaycan Kooperasiya Universitetinin çoğrafiya fakultəsinə daxil oldum. Təhsil haqqı 2000 manatdır. Əvvəl müəyyən güzəştin olunacağıı bildirilsə də, sonra imtina edildi”.

“Bizim Yol”-a açıqlamasında Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov prezidentin sərəncamına istinadən bildirib ki, valideynlərini itirən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərində şəhid və əlil olanlar bu ali təhsil müəssisəsində təhsil haqqından tam azaddırlar.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qaraciyəri təmizləyən 5 qida növü

%d bloqqer bunu bəyənir: