Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

20 ölkənin sabiq dövlət və hökumət başçıları Qəbələyə gəlir

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə dekabrın 7-8-də Qəbələ şəhərində Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək.

24saat.news DİDK-nın mətbuat xidmətinə istinadən bildirir ki, tədbir zamanı 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələdə toplaşacaq.

Qeyd edək ki, Madrid Klubu özündə 56 ölkədən 80 eks-prezident və baş naziri birləşdirən nüfuzlu beynəlxalq siyasi təşkilatdır. Qurumun məqsədi demokratiyanı təşviq etmək, demokratik institutları möhkəmləndirmək, siyasi münaqişələrin həllində, böhran və böhrandan sonrakı situasiyalarda tövsiyələr verməkdir.

Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Hakimiyyətin total təzyiqləri ucbatından…”

%d bloqqer bunu bəyənir: